Qəzzadakı dağıntılar 1945-ci ildə Drezdenin bombalanması ilə müqayisə edildibackend

Qəzzadakı dağıntılar 1945-ci ildə Drezdenin bombalanması ilə müqayisə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Qəzzanın şimalındakı binaların 60%-dən çoxu İsrailin hücumları nəticəsində ciddi ziyan görüb, bu bombardmanlar ən ağır bombardmanlardan biri kimi tarixə düşəcək. Bu barədə Britaniyanın “Financial Times” nəşri ekspertlərə istinadən məlumat yayıb.

“Qəzza tarixin ən ağır konvensional bombardmanlarının yeri olub”, -Tarixçi və 20-ci əsr partlayışları ilə bağlı araşdırmanın müəllifi Robert Peyp bildirib.

O, Qəzzada vurulan zərəri İkinci Dünya Müharibəsi zamanı Drezden, Hamburq və Köln şəhərlərinin bombalanması ilə müqayisə edib.

“Financial Times” Qəzzada belə ağır dağıntıların baş verməsinin əsas səbəbinin İsrail ordusunun hədəfləri seçmək qaydalarının nisbətən sərbəst olması, həmçinin zərbələrin intensivliyi olduğunu qeyd edir.