Yalnız 24 saatlıq kifayət qədər yanacaqları var. Yeni bir inkişaf olmazsa, bu müddətin sonunda fəaliyyəti dayandıracağıq.
NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin blokadası altında olan Qəzza zolağındakı İndoneziya Xəstəxanasının direktoru Atıf əl-Kahlut deyib.
Əsas generator dayandıqdan sonra ən aşağı tutumlu generatorla xidmət göstərməyə çalışdıqlarını qeyd edən Kahlut, həyati əhəmiyyət kəsb edən bəzi hissələrin artıq işini dayandırdığını bildirdi.
“Elektrikin 24 saat sonra çalışması üçün lazım olan yanacaq xəstəxanaya çatdırılmasa, xəstəxanada iş tamamilə dayanacaq. Bu, bəzi xəstələrin ölümü deməkdir”, – o deyib.