Qəzzadan çıxarılan xəstələr Ankaraya çatdıbackend

Qəzzadan çıxarılan xəstələr Ankaraya çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzadan çıxarılan 61 xəstə və 49 xidmətçi ilə Əl Arişdən havaya qalxan Müdafiə Nazirliyinin təyyarəsi Etimesqut Hərbi Hava Limanına eniş edib.

NOCOMMENT.az xəbər verir ki, Misirin Əl Ariş Hava Limanından havaya qalxan Milli Müdafiə Nazirliyinə aid A400M təyyarəsi 61 xəstə, 49 yol yoldaşı və 10 tibb işçisi ilə saat 15.10-da Etimesqut Hərbi Hava Limanına eniş edib.

Təyyarədə olan 61 xəstə hava limanında hazır vəziyyətdə saxlanılan təcili yardım maşınları ilə Bilkənd və Etlik şəhər xəstəxanalarına köçürülür.

Ötən cümə axşamı Qəzzadan 27 xəstə və 13 yol yoldaşı Prezidentliyə və Milli Müdafiə Nazirliyinə aid təyyarələrlə Türkiyəyə gətirilib, xəstələr Bilkənd Şəhər Xəstəxanasında müalicə olunublar.