NOCOMMENT.az xəbər verir ki, Qəzzadan təxliyə edilmiş 120 Rusiya vətəndaşının olduğu Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Moskvaya uçub. Bu barədə TASS məlumat yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Qəzza zolağından təxliyə edilmiş bir qrup rusiyalı və onların ailə üzvləri ilə birlikdə Qahirədən Moskvaya uçub. Xüsusi təyyarə 120 Rusiya vətəndaşını və onların ailə üzvlərini Moskvaya çatdıracaq”, – nazirlikdən bildirilib.