Qəzzafinin oğlu azadlığa buraxıldıbackend

Qəzzafinin oğlu azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanda 10 il istintaq təcridxanasında saxlanılan Müəmmər Qəzzafinin oğlu Hannibal Qəzzafi girov müqabilində azadlığa buraxılıb.

NOCOMMENT.az.az xəbər verir ki, bu barədə AFP adını açıqlamayan məhkəmə rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, hakim Hannibal Qəzzafinin 11 milyon dollar girov qarşılığında azad olunmasına və onun ölkəni tərk etməsinə qadağa qoyulmasına qərar verib.

Qəddafinin vəkili isə onun sanksiyalar altında olduğunu və bu qədər məbləği ödəmək imkanının olmadığını bildirib.

Qeyd edəki ki, Hannibal Qəzzafi 2015-ci ildən Livanda həbsdə idi. O, 1978-ci ildə itkin düşən livanlı şiə ruhanisi Musa əs-Sədrin yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunurdu.