Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus Qəzza zolağının cənubundakı Əl-Qüds və Əl-Əmal xəstəxanaları yanacaq çatışmazlığı səbəbindən 24 saat ərzində bağlana bilər.
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, bu narahatlığı təşkilatın nümayəndəsi Nibal Farsax dilə gətirib.
“Əl Qüds və Əl Amal xəstəxanalarımız yanacaq çatışmazlığı səbəbindən 24 saat ərzində bağlanmalı ola bilər. Biz onlarla insanı təcili yardım maşınlarına yükləyirik, mümkün qədər çoxunu xilas etməyə çalışırıq. Artıq heç bir tibbi protokola əməl etmirik, yalnız insanlıq prinsiplərinə əməl edirik. Bizim dərman, humanitar yardım və yanacağımız tükəndi”.