Qəzzanın gələcəyi ilə bağlı qərar 7 avqustda verilə bilərbackend

Qəzzanın gələcəyi ilə bağlı qərar 7 avqustda verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Nazirlər Kabineti cümə axşamı, 7 avqust tarixində Qəzza zolağının tam işğalı məsələsinin gündəmdə olacağı iclas keçirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

“Siyasi rəhbərliklə Baş Qərargah rəisi arasında fikir ayrılığı fonunda Qəzzadakı əməliyyatların davam etdirilməsi ilə bağlı Baş nazirin iştirakı ilə dar çərçivədə təhlükəsizlik müzakirəsi bu axşam başa çatıb. Müzakirə nəticəsində, Qəzzadakı əməliyyatların davamı ilə bağlı qərarın qəbul olunması üçün cümə axşamı Nazirlər Kabinetinin iclasının keçirilməsi qərara alınıb”, — deyə materialda bildirilir.

Jurnalistlərin məlumatına görə, iclas zamanı İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının işğalı ilə bağlı qərarı müzakirəyə təqdim edəcək.