Fələstin Qızıl Aypara Cəmiyyəti noyabrın 24-də səhər saatlarında qüvvəyə minən müvəqqəti atəşkəs dövründə Qəzza zolağının şimalına təxminən 150 yük maşını yardım çatdırdıqlarını və 40 yük maşınının da yolda olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Fələstin Qızıl Aypara X-də bu barədə açıqlama verib.
Açıqlamada, “Humanitar fasilənin başlamasından bu yana Fələstin Qızıl Aypara qrupları Qəzza şəhəri və şimal bölgələrinə təxminən 150 yük maşını yardım çatdırıb”.
Bildirilib ki, ərzaq, su, humanitar və tibbi yardımlardan ibarət yardımlar könüllülər vasitəsilə məcburi köçkünlərə paylanıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, Qəzzanın şimalına çatdırılmaq üçün bu gün daha 40 yük maşını nəzarət məntəqəsindən keçib.