Qəzzanın şimalından 34 yaralı cənubdakı xəstəxanalara köçürüldübackend

Qəzzanın şimalından 34 yaralı cənubdakı xəstəxanalara köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının şimalındakı Əl-Ehli Baptist və Şifa xəstəxanalarından yaralanan 34 nəfəri cənubdakı xəstəxanalara köçürüb.

NOCOMMENT.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qurulan koordinasiyadan sonra 12 Qızıl Aypara təcili yardımı Xan Yunusdan Qəzzaya doğru hərəkət edib.

Əl-Ehli Baptist Xəstəxanasından 21, Şifa Xəstəxanasından isə 13 yaralı cənubdakı xəstəxanalara təxliyə edilib.

Bəyanatda da İsrail Cibaliyadakı təcili yardım mərkəzinə basqın edən qüvvələr oradakı təcili yardım maşınlarını məhv edib.