Qəzzanın yeganə elektrik stansiyası 72 saat ərzində dayana bilərbackend

Qəzzanın yeganə elektrik stansiyası 72 saat ərzində dayana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağındakı yeganə elektrik stansiyası yanacaqla təmin oluna bilməsə, 72 saat ərzində dayana biləcəyi ilə bağlı xəbərdarlıq olunub.

NOCOMMENT.az xəbər verir ki, Fələstin Hökumətinin Qəzzadakı Mətbuat Ofisi Başçısı Salame Maruf mövzu ilə əlaqədar mətbuat konfransı təşkil edib.

“Sərhəd qapılarının bağlı saxlandığı və elektrik stansiyası üçün lazım olan yanacağın girişinin bağlandığı barədə xəbərdar edirik” deyə o bildirib.

Stansiya rəhbərliyinin stansiyanın işləmə müddətini uzatmaq üçün elektrik enerjisi istehsal edən üç turbindən birini dayandırmaq məcburiyyətində olduğuna diqqət çəkən Maruf, “Stansiyanın 72 saat ərzində tam dayanması gözlənilir” deyib.

Maruf beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlərlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.

NOCOMMENT.AZ