Qəzzaya 61 yük maşınından ibarət humanitar yardım göndərilibbackend

Qəzzaya 61 yük maşınından ibarət humanitar yardım göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzaya 61 yük maşınından ibarət ən böyük humanitar yardım karvanını göndərib.

NOCOMMENT xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti 7 oktyabrda İsrailin Qəzza zolağına hücumlarının başlamasından bəri Qəzzaya 61 yük maşınından ibarət ən böyük yardım karvanını göndərib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Qəzzanın şimalına çatdırılması planlaşdırılan yardım konvoyunun qida, içməli su, əsas dərmanlar və təcili yardımdan ibarət olduğu bildirilib.

Ehtiyacı olanlara yardım paylamaq üçün konvoyda Fələstin Qızıl Aypara işçilərinin də olduğu bildirilib.

İsrail və HƏMAS arasında əsir mübadiləsini nəzərdə tutan 4 günlük humanitar fasilə dünən səhər saatlarında qüvvəyə minib.