Qəzzaya göndərilən humanitar yardımın miqdarı AÇIQLANDIbackend

Qəzzaya göndərilən humanitar yardımın miqdarı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 21-dən etibarən İsrailin 81 gündür hücum etdiyi Qəzzaya humanitar yardım yüklü 4 min 960 TIR-ın daxil olduğu açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama verib.

“Qruplar 21 oktyabr-22 dekabr tarixləri arasında Rəfah Sərhəd Qapısından 4 min 760 yük maşını qəbul edib” ifadəsi işlədilib.

Açıqlamada, 23 dekabr şənbə günü daha 70, 24 dekabr bazar günü 70, bazar ertəsi isə 60 yük maşınının gəldiyi bildirilib. 

Həmin dövrdə ləvazimat, dərman və tibbi ləvazimatların daşındığı, 60 təcili tibbi yardım maşınının rayona daxil olduğu bildirilib.