Qəzzaya hava hücumu: Ölən və yaralananlar varbackend

Qəzzaya hava hücumu: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin blokada altındakı Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin Qəzza şəhərinin Nəsr məhəlləsindəki bir evi hədəf aldığı bildirilib.

Şahidlərdən alınan məlumata görə, İsrailin Nəsr məhəlləsindəki hava hücumunda hədəf alınan evin ətrafına ciddi ziyan dəyib.

Qeyd edək ki, İsrailin mayın 9-da blokadada olan Qəzza zolağına başlatdığı hücumlarda həyatını itirən fələstinlilərin sayı 33-ə yüksəlib.

NOCOMMENT.AZ