ABŞ prezidenti Co Bayden ölkəsinin Qəzza zolağı üçün daha çox işlər görməsi lazım olduğunu ifadə edib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. Görüş zamanı mətbuata verdiyi açıqlamada Bayden dünən yardım gözləyən fələstinlilərə edilən hücuma toxunub və hücumu “faciəli və həyəcan verici bir hadisə” kimi qiymətləndirib.
ABŞ-nin Qəzza zolağında daha çox şey etməli olduğunu vurğulayan Bayden, “önümüzdəki günlərdə İordaniya və digər ölkələrdəki dostlarımızla birlikdə hava yardımı edəcəyik” sözlərini işlədib.