Qəzzaya yardım – İkinci yük gəmisi yola düşürbackend

Qəzzaya yardım – İkinci yük gəmisi yola düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Humanitar yardımla dolu ikinci yük gəmisi Kiprdən Qəzzaya yola düşməyə hazırdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Kipr prezidenti Nikos Xristodulidis jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, 240 ton ərzaqla yüklənmiş ikinci gəmi Kiprin Larnaka şəhərinin limanındadır.

Qəzza zolağına humanitar yardım göndərən “World Central Kitchen” qeyri-kommersiya təşkilatı bildirib ki, yeni göndərişdə konservləşdirilmiş məhsullar və gündəlik mallar var. Qəzzaya humanitar dəniz dəhlizinin yaradılmasını ümid əlaməti adlandıran Kipr prezidenti vurğulayıb ki, yardımın çatdırılması üçün əllərindən gələni edəcəklər.

Humanitar yükün yola salınması  pis hava şəraiti səbəbindən təxirə salınsada, artıq yaxın günlərdə ikinci yardım gəmisi də Qəzzaya göndəriləcək.