Qida Sənayesi Kollecində korrupsiya qalmaqalı: qərəzli işdən çıxarılır? – Videobackend

Qida Sənayesi Kollecində korrupsiya qalmaqalı: qərəzli işdən çıxarılır? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin hüquqşünası Muradova Aynurə Murad qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Birinci Vitse prezident Mehriban Əliyevaya müraciət edərək kömək istəyib.

NOCOMMENT.az xəbər verir ki, Aynurə Muradova videomüraciət yayaraq qanunsuz olaraq işdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, İqtisad Universitetinin Prorektoru Şaiq Əsgərov və yanında Həmkarlar İttifaqının sədri  işçiləri yığaraq ona qarşı qərəzli iclas təşkil ediblər.

“Məni işdən çıxarmaq üçün qərəzli iclas çağırıblar. Kollektivin məni istəməməsi görüntüsü yaradırlar.  Kimsə kollektiv istəyi ilə işdən çıxarıla bilməz. Prokurorluqda məhkəmə gedir. Xüsusi ittihamla kollecin direktoru Sevinc Həmzəyevanı məhkəməyə vermişəm. Məhkəmənin vaxtı əsassız səbəblərlə uzadılır və gecikdirilir ki, işimə son verilsin”.

Şikayətçi elm və təhsil naziri Əmin Əmrullayevdən də narazılıq edib.

“Bütün sübutları məhkəmələrə, prokurorluğa, Elm və Təhsil Nazirliyinə təqdim etməyimə baxmayaraq, nəticə yoxdur. Nazir Emin Əmrullayev biz müəllimlərin şikayətlərinə baxmır, ancaq imtahanlarla maraqlanır. Korrupsiya halını sübut etdiyim, olanlara göz yummadığım üçün dəfələrlə şərlənərək töhmət almışam. Nizami rayon prokurorluğunu da məhkəməyə vermişəm”.

Ətraflı videomüraciətdə: