Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi LƏĞV OLUNMALIDIR?backend

Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi LƏĞV OLUNMALIDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə cəmiyyətdə aktual olan məsələlərdən biri də AQTA və DGK-nin bağlanması məsələsidir. Bəzi ekspertlərin fikrincə, həmin qurumların fəaliyyətinin cəmiyyətə heç bir faydası yoxdur. Həmin qurumların bağlanması vətəndaşlar üçün daha əlverişlidir.

NOCOMMENT.az xəbər verir ki, istehlakçı məsələləri üzrə ekspert Eyyub Hüseynov məsələ ilə bağlı Ajans.az-a açıqlama verib.

Eyyub Hüseynov bildirib ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandıqdan sonra müsbət nəticələr əldə edilib. Əvvələr qurum təhlükəli malların adını belə çəkməzdi. İndi isə müvafiq cədvəllər qoyurlar, malların adını deyirlər, sıradan çıxarırlar. Üstəlik, AQTA-nın əsasnaməsində qidanın təhlükəsizliyinin təmin olunması məsələsi dayanır. Keyfiyyət isə arxa plandadır. 

Amma qurumun müsbət işləri də var. Azərbaycan məhsullarının dünya bazarına çıxarılması buna aiddir. 

Ekspert qeyd edib ki, sağlamlıq mövzusunda o qədər xoş mənzərə görünmür. Ölkədə aptek şəbəkələri getdikcə artır. Bu anlama gəlir ki, apteklərin çoxalması sağlamlığı kölgədə qoyur. 

Lakin AQTA-nın yaranması vacib idi və yaradıldı. Hətta bahalı laboratoriyalar quruldu. Xaricdən gətirilən məhsullara diqqət yetirilir. Müasir supermarketlərə daxil olan qidalar məhz AQTA-nın yoxlamasından sonra satışa çıxarılır. Bu qurumun səmərəsiz olmağı anlamına gəlməz. Lakin bu arzuolunan səviyyədə deyil. 

Eyyub Hüseynov açıqlayıb ki, çox yaxşı olardı ki, heyvanlar dünyaya gələndə onların bazası yaradılsın və identifikasiya həyata keçirilsin. Mağazalarda satılan ətlər ciddi yoxlanaraq mənbəsi araşdırılmalıdır. Belə işlər böyük təsərrüfat  sahələri  ilə yanaşı, fərdi sahibkarlıqda da tətbiq edilməlidir. 

“ AQTA-nın ilk olaraq əsasnaməsi dəyişilməlidir.  Onlar cəld yoxlama imkanlarına malik olmalıdır. Təəssüf ki, bu hələ mövcud deyil. AQTA-nın ləğv edilməsi absurddur. Əvəzində inkişaf etməli, təkmilləşməli, cəld yoxlama imkanlarına malik olmalı, malların geri çağırılmasını həyata keçirməlidir. Vaxtı keçmiş yararsız məhsulların hərəkət dinamikliyinin gücləndirilməyə ehtiyacı var. Yəni, vaxtı keçmiş mıhsul dərhal istehsalçıya göndərilməli, o da bu istiqamətdə sürətli işlər görməlidir.”- deyə, Eyyub Hüseynov söyləyib. 

Ekspertin fikrincə, malların soyuq zəncir üzrə marketlərə çatdırılması həyata keçirilməlidir. Bu işlər AQTA-nın vəzifələri sırasındadır. Görülən işlərdə şəffaflıq, satış şəbəkələrində olan soyuducuların işləmə və temperatur tənzimləmələri lazımi məsələlərdəndir. Lakin bu kimi hallar nəzarətdən qaçırılır. 

AQTA-nın bağlanması istehlakçıların həyatında mənfi izlər qoya bilər. Qurumun fəaliyyəti dayanarsa, xəstəliklər və zəhərlənmələr daha çox artar. AQTA-nın öz rəsmi hesabında göstərilən zəhərlənmə sayları ilə “Azad İstehlakçılar Birliyi” razı deyil. Ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Burada statistikanın təhrif olunması ortaya çıxır. Bu təkcə, AQTA-nın günahı sayılmır. Burada digər qurumların ( TƏBİB, Səhiyyə Nazirliyi) AQTA ilə sıx əlaqədə olmamasından irəli gəlir. Çünki zəhərlənən şəxs birbaşa həkimə müraciət edir. Nəticədə agentlikdə statistika sayı azaldılır. Ümumilikdə, zəhərlənənlərin qeydiyyat məsələsində ciddi yoxlamalar lazımdır. 

Ölkədə halal sertifikatlaşdırma ilə bağlı ciddi problem var. AQTA həmin sertifikatı əldə etməlidir. Burada nə qədər vətəndaş aldanır. 

Həmçinin,  Eyyub Hüseynov Dövlət Gömrük Komitəsi (DGK)  ilə bağlı da bir sıra məsələlərə toxunub. 

Ekspert söyləyib ki, DGK  azad bazar iqtisadiyyatının prinsiplərindən istifadə edirlər. Bu anormal haldır. Bəzən “ Azad İstehlakçılar Birliyi” məsələ qaldıranda qurumdan deyilir ki, bu məsələ bizim səlahiyyətimizə daxil deyil. 

“ Uzun illər İrandan fars dilində markalanmış məhsullar gətirilirdi. Bu istehlakçı hüququnun pozulmasına bariz nümunədir. Çünki vətəndaşların çoxu fars dilini bilmir. Ona görə də, tərkib haqqında məlumatları olmur.  Komitəyə məsələ ilə bağlı sorğu göndərəndə də cavabı boş qoyurlar. “-deyə, o bildirib. 

İndi burada belə bir sual ortaya çıxır. Əgər DGK-nın səlahiyyətinə daxil deyilsə, dövlət orqanı olaraq digər quruma müraciət edin.  Ümumilikdə, dövlət orqanları arasında sinxron əlaqələr çox zəifdir. 

Gömrük orqanlarında saxta kosmetika, parfümeriya, məktəbli geyimləri ticarətinin hələ də qarşısı alınmır. Hələ də, bazarlar belə məhsullar ilə doludur. Əsas mərkəz olaraq da, “ Sədərək “ Ticarət mərkəzi sayılır. 

2001-ci ildə Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının yığıncağı keçirildi. Məqsəd saxta dərman istehsalının qarşısını almaq idi. Lakin məlum oldu ki, külli-miqdarda dərman istehsalı həyata keçirilir və gömrük orqanları da işin içindədir. 

Hazırda istehlakçıların hüquqlarının pozulduğu və DGK-nın həll etmədiyi neçə məsələ var. Dövlət Gömrük Komitəsi ləğv edilə bilməz. Əvəzində inkişaf etməli və digər qurumlar ilə əlaqələrini gücləndirməlidir.