Qırğızıstan-Özbəkistan sərhədində böyük yeraltı tunel aşkarlanıbbackend

Özbəkistan ilə Qırğızıstan arasındakı sərhəddə tunel aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinin evində başqa ölkəyə gedən tunel aşkar ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Hadisə Özbəkistanla sərhəddə yerləşən Bek-Abad kəndində baş verib. 15 metr dərinlikdə kəşf edilən tunelin uzunluğu 130 metrdir. Eyni zamanda evdən sərhədə qədər olan məsafə 50 metr təşkil edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, bu üsuldan qaçaqmalların keçirilməsi və sərhədi qanunsuz keçməsi üçün istifadə edilib.

Qırğızıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları artıq ev sahibini saxlayıb, o, qaçaqmalçılıq kanalı təşkil etməkdə şübhəli bilinir. Hazırda ekspertlər bütün halları aydınlaşdırırlar.