Qırğızıstanda leysan daşqına səbəb oldubackend

Qırğızıstanda leysan daşqına səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın şimalında İssık-Kul bölgəsində güclü leysan daşqına səbəb olub. 

NOCOMMENT.az xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, Daşqının təsirli olduğu üç kənddə 92 evə və daxili yollara ziyan dəyib.

Daha sonra rayon ərazisində aparılan təmizlik işlərində 103 nəfər şəxsi heyət 7 texnika ilə iştirak edib.

Açıqlamada bildirilib ki, dünən yerli vaxtla saat 15.30 radələrində ölkənin cənubundakı Çon-Sai kəndinə yağan qısamüddətli leysan nəticəsində baş verən daşqından sonra təxliyə və təmizləmə işlərinin davam etdiyi bildirilib.