Qırğızıstanın İssık-Kul vilayətinin Balıqçı şəhərinin girişində rus coğrafiyaşünas və dövlət xadimi Pyotr Semenov-Tyan-Şanskinin abidəsi sökülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qırğızıstanın Kaktus.media portalı məlumat yayıb.
Qeyd olunur ki, abidə yerli bələdiyyə müəssisəsinin ərazisinə köçürülüb. Şəhər meri Sultan Kermalıyev jurnalistlərlə söhbətində abidənin sökülməsinin səbəbini izah edə bilməyib.
Rus-sovet heykəltəraşı Vladimir Qorevov tərəfindən hazırlanmış Semenov-Tyan-Şanskinin abidəsi 1984-cü ildə açılıb.
Bundan əvvəl ruslara Qırğızıstan vətəndaşlığının verilməsi faktiki olaraq dayandırılmışdı. Bildirilir ki, 2025-ci ilin yanvar ayından MTN və Daxili İşlər Nazirliyi bir nəfərin də ərizəsini təsdiq etməyib.