Qırğızıstanda vergi xidmətinin rəhbəri Altınbek Abduvapov və onun müavini korrupsiyada şübhəli bilinərək saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət Vergi Xidmətinin sədri Abduvapov və onun müavini İslambek Kıdırqıçovun elektron əmtəə qaimələrindən istifadə ilə bağlı dələduzluqda iştirakı müəyyən edilib”, – məlumatda deyilir.
Hazırda saxlanılan şəxslər MTN-in müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.