Qırmızı attestat alanların 16 faizi 0-200 bal toplayıbbackend

Qırmızı attestat alanların 16 faizi 0-200 bal toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda şagirdlərin qiymətlərinin şişirdilməsi geniş vüsət alıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Etibar Əliyev deyib.

“Dünya bu işlərə çoxdan son qoyub. Ötən tədris ilində Gəncədə attestat qiymətləri əla olan şagirdlərin 16 faizi 0-200 bal toplayıb. 500-dən yuxarı nəticə göstərənlər isə 26 faizdir. Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18 %, Qazaxda 12%, Salyanda 13%, Sumqayıtda isə 6,6% qırmızı attestat alanlar 0-200 bal toplayıb”, – deyə deputat vurğulayıb.