Qırmızı dənizdə təhlükə – Məqsəd İsraili…backend

Qırmızı dənizdə təhlükə – Məqsəd İsraili…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı dənizdə Rusiya və Çin gəmiləri təhlükə altında deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib.

“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, məqsədləri İsrail üçün iqtisadi xərcləri artırmaqdır. Hərəkatın nümayəndəsi husilərin sülhə hazır olduqlarını bildirib. Lakin bunun şərtlərini də irəli sürüb. Yəni, ABŞ və Böyük Britaniya Yəmənə hücumları, Qəzza zolağındakı müharibəni dayandırmalı və dərman, yanacaq, eləcə də qidanın fasiləsiz axınını təmin etməlidir.