Qırmızı dənizdə yüksək GƏRGİNLİK – İrandan ABŞ-a REAKSİYAbackend

Qırmızı dənizdə yüksək GƏRGİNLİK – İrandan ABŞ-a REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Böyük Britaniyanın Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə ticarət gəmilərinə raket və pilotsuz uçan aparatlarla hücumlarına görə İranı məsuliyyət daşıdıqlarına dair açıqlamalarından sonra İran buna reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani İranın Qırmızı dənizdə gəmilərə hücumlarda iştirak etməsi ilə bağlı ittihamlarını rədd edib və hücumlarla heç bir əlaqəsi olmadığını bildirib.

“Daha əvvəl açıq şəkildə qeyd etdiyimiz kimi, regiondakı müqavimət qrupları uşaqları öldürən sionist rejimin hərbi cinayətləri və soyqırımları ilə üzləşmək və onlara cavab vermək üçün İran İslam Respublikasından əmr almır. Əksinə, bu qruplar öz prinsipləri və prioritetləri, ölkələrinin və xalqlarının maraqlarına uyğun qərar verir və hərəkət edir”.