Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni diversantlara baş çəkdibackend

Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni diversantlara baş çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda əsirlikdə olan erməni hərbçilərə, o cümlədən diversiya cəhdi zamanı ələ keçirilən baş leytenant Qurgen Alaverdyana baş çəkiblər.

NOCOMMENT xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin mətbuat katibi Zara Amatuni açıqlama verib.

“Komitə nümayəndələri saxlanılan şəxslərin saxlanma şəraiti, sağlamlıq durumu ilə maraqlanıb, ailə üzvləri ilə danışmağa imkan yaradıblar”, – deyə açıqlamada vurğulanıb.