Qırxı çıxan şirkət 141 minlik tenderin qalibi oldubackend

Qırxı çıxan şirkət 141 minlik tenderin qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, ümumi dəyəri 140 min 960 manat tender müsabiqələrinin qalibi “Sandora22” MMC (VÖEN – 1203088251) şirkəti olub.

Yaşıllaşdırma İdarəsi “Sandora22” MMC-dən əkin materialları satın alacaq.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Sandora22” MMC tender elanından qısa müddət əvvəl yaranıb.

Tender müsabiqəsinin 25.05.2022-ci il tarixində elan olunduğunu nəzərə alsaq, o zaman belə görünür ki, 141 min manatlıq tenderin qalibi olan “Sandora22” MMC mesabiqə elanından cəmi 40 gün əvvəl – 15.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.

Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 40 gün əvvəl qeydiyyata alınan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Onu da qeyd edək ki, bu cür vəziyyət dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qeydə alınan ilk hal deyil.