Qış geyiminizin yeni aksesuarı – ZİRELLİ – FOTObackend

Qış geyiminizin yeni aksesuarı – ZİRELLİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, Bakı şəhəri küləkləri ilə məşhurdur. Hətta soyuq şimal ölkələrindən buraya gələnlər də Bakı qışının küləkli olması səbəbindən burada üşüyürlər.

NOCOMMENT.az  sizləri cənub şəhəri olmasına baxmayayaq Bakımızın soyuq küləklərinin öhdəsindən layiqincə gəlmək üçün yaradılmış yeni “Zirelli” brendi ilə tanış edir.

Brendin yaradıcıları və eyni zamanda, “Networking.Az” biznes klubunun təsisçiləri Orxan Hacıyev və Qurban Əliyev Zirənin dupduru dənizi ilə məşhur çimərliyində istirahət edərkən qızmar istilərə baxmayaraq ağıllarına şərf istehsalı ilə məşğul olmaq ideyası gəlir. Brendin adı da məhz buradan gəlir.

“Zirelli” şərfləri özündə, eyni zamanda, müasirlik, praktiklik, işgüzarlıq və sadəliyi birləşdirir. Məhsulların istehsalında müasir təbii və süni materiallardan istifadə olunur. Brendin rəng palitrası da müxtəlifdir və modeldən modelə son dərəcə fərqlənir.  Brendin məhsullarının unikal xüsusiyyəti ondan ibarətdir ki, modellər sıra nömrəsi daşıyır, məhdud sayda buraxılır və təkrarlanmır. Eyni məhsulu təkrar-təkrar buraxmaq yaradıcı düşüncə üçün maraqlı deyil və hətta darıxdırıcıdır.

2020-ci ildə yaradılmasına baxmayaraq 2021-cil ildə brendin Rusiya və Avropa bazarlarına çıxarılması planlaşdırılır.

Məhsul kolleksiyaları ildə bir dəfə buraxılır. Beləliklə, müasir şəhər sakininin istənilən üslublu qarderobunda rahatlıqla öz yerini edəcək  yeni məhsulları qaçırmamaq üçün brendi rəsmi internet səhifəsində və sosial şəbəkələrdə izləməyi unutmayın.

https://zirelli.az/

https://instagram.com/zirelli.az