Qış iki, yay isə altı ay olacaq – Yaz və payız fəsilləri sıradan çıxacaq, Azərbaycanda…backend

Qış iki, yay isə altı ay olacaq – Yaz və payız fəsilləri sıradan çıxacaq, Azərbaycanda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində qlobal istiləşmə ilə bağlı yeni araşdırma aparılıb. Tədqiqatlara əsasən, bu proses davam edərsə, 2100-cü ildə şimal yarımkürəsində qış mövsümü 2 ay, yay isə 6 ay ola bilər.

NOCOMMENT.az -ın məlumatına görə qeyd edilir ki, artıq yaz və payız fəsli sıradan çıxır. Məlumata görə, 1952-2011-ci illər arasında yay mövsümünün günləri 78 gündən 95-ə qalxıb, qış günləri isə 76 gündən 73-ə düşüb. Paralel olaraq yaz günlərinin sayı 124 gündən 115-ə, payız isə 87 gündən 82-yə qədər azalıb.

Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Payız və yaz fəslinin sıradan çıxması hansı fəsadlara səbəb olacaq?

“Sadəcə biz həm payızdan, həm də yazdan məhrum qalacağıq. Şaxtadan birbaşa 15-20 dərəcəlik istiyə keçid olacaq. Bundan sonra istilər tədricən qalxmağa başlayacaq. Biz buna uyğunlaşa bilərik. Lakin təbiətdən, meşələrdən, canlı aləmdən söhbət gedir. Yəni, onlar hamısı məhv olub gedə bilərlər və nəticədə insanlar da yavaş-yavaş məhv olacaq. İqlim dəyişdiyinə görə, bitkilər də fərqli zamanlarda açır, quşların köçmə vaxtı dəyişir. İqlimə görə bu proseslər həmişə baş verir”.

T.Zeynalov bildirib ki, Azərbaycanda həmçinin buzlaşma dövrünün qədəmi də qoyulub: “Havalar soyuyur. Hazırda mart ayıdır, amma biz paltodan, isti geyimlərdən çıxa bilmişikmi? Bu onu göstərir ki, biz buzlaşma dövrünə gedirik. Proses 10, 20, 30 il davam edəcək, yəni tədricən buzlaşma olacaq. 60-cı illərdən bəri 2000-ci ilə qədər yavaş-yavaş 0,7 dərəcə temperatur dəyişilib. Buna səbəb insanlar deyil. Bilirsiniz, iqlim dəyişikliklərinin səbəbi kimi insanların olması ilə bağlı o qədər uydurmalar, şayiələr yayılıb ki…O boyda təbiətin qarşısında insan nə edə bilər?”.

Ekoloq qeyd edib ki, Azərbaycanda hazırda torpaqlarda, dağlarda , dənizin dibində çatlar əmələ gəlib: “Yerin təkində çatlar əmələ gəlirsə, hidrogen qazı və başqa qazlar üzə çıxmağa başlayır, nəticədə Ozon təbəqəsində dəlik yaranır. Yay vaxtı istilər həddindən çox olur, meşə yanğınlarına gətirib çıxarır, ərzaq qıtlığına, quraqlığa şərait yaranır. Qış vaxtı isə şaxtalar olur. Gördünüz, Rusiyada, Amerikada, Avropa ölkələrində bu il necə şaxtalar var idi. Hətta onlar alternativ enerjiyə keçəcəklərini dedilər, lakin hamısı dağıldı. Milyonlarla insanlar işıqsız qaldılar, istilik sistemləri işləmədi. Ona görə də qışda bizim qazımız, neftimizin də qiyməti qalxmağa başladı. Dünyada çirkin siyasi, iqtisadi oyunlar gedir”.
Oxu24