Qış təlimi-2021 təlimlərində türk hərbçilər belə and içdilər – VİDEObackend

Qış təlimi-2021 təlimlərində türk hərbçilər belə and içdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçilərinin də qatıldığı “Qış təlimi-2021” təlimlərində iştirak edən Türkiyə hərbçiləri komando andı içiblər.

NOCOMMENT xəbər verir ki, andiçmənin görüntülərini Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qarlı dağ şəraitinə uyğun şəkildə geyinən türkiyəli hərbçilər Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu maskalar taxıblar.

Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir. Təlimlər fevralın 12-də başa çatacaq.