Qisas əməliyyatı nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDIbackend

Qisas əməliyyatı nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Hələlik Ermənistan tərəfi öldürülən erməni hərbçilərin adlarını ictimailəşdirməyib.

Məlumatda bildirilib ki, daha bir erməni əsgər isə yaralanıb.

Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.