Qışda da Qarabağa gedə biləcəyik? – Rəsmi açıqlamabackend

Qışda da Qarabağa gedə biləcəyik? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərə qış aylarında da avtobus reysləri təşkil olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

Qeyd edilib ki, “yolumuzqarabaga” portalı üzərindən işğaldan azad olunmuş ərazilərə təşkil edilən avtobus reysləri müntəzəm xarakter daşıyır. Məlumata görə, avtobus reysləri hərəkət cədvəllərinə uyğun olaraq davam etdiriləcək.

Xatırladaq ki, hazırda Şuşa, Ağdam və Füzuliyə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də baş tutub.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etmək lazımdır. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Onu da bildirək ki, səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur.