Qışda sağlam dəri üçün nə etməlibackend

Qışda sağlam dəri üçün nə etməli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soyuq havada yaxşı qulluq olunmazsa, dəri quruyur, matlaşır və pis görünüş alır. Bəs nə etmək lazımdır?

NOCOMMENT xəbər verir ki, soyuq havalarda dəri ən çox mənfi təsirlənir. Buna görə də bəzi ehtiyat tədbirləri görülməlidir. Bax o tədbirlər.

ÜZÜ ÜSTƏ YATMAYIN

Üz üstə yatmaq qırışlara səbəb olan amillərdəndir.

SABUN SEÇİMİ ÇOX ƏHƏMİYYƏTLİDİR

Öncə dəri tipinizi bilmək vacibdir. Dərinizin tipinə uyğun təbii sabunla üzünüzü yumalısınız. Xlorsuz su da tonik kimidir. Nəmləndirici olaraq acı badam südü və badam yağından istifadə edə bilərsiniz.

ÇOX TƏRƏVƏZ VƏ MEYVƏLƏR YEYİN

Yumurta, pomidor, kök, ispanaq, fındıq, qaragilə, avokado, qoz, brokoli, noxud, lobya kimi qidalar dəri sağlamlığı və gözəlliyi üçün faydalıdır.Bundan başqa omeqa3 yağ turşuları olan balıqlar dəri üçün vacibdir.Çünki o, dərinin elastikliyini təmin edən, qırışları azaltmağa kömək edən və günəşin zərərli təsirlərindən qoruyan kollagenin istehsalını dəstəkləyir.

ÇOX SU İÇİN

Sağlam həyatda önəmli yeri olan “Su” dərinin nəmliyini qorumaq üçün lazımdır.

DODAĞINIZA NƏMLƏDİRİCİ VURUN

Dodaqlar yağ əmələ gətirən xüsusiyyətlərə malik olmadığı üçün quruluğa ən çox meyilli bölgələrdir.Quru dodaqlara nəmləndirici kremlər çəkilməlidir.

GÜNƏŞ KREMİNDƏN İSTİFADƏ EDİN

Günəşdən yayılan UVA şüaları il boyu eyni sürətlə güclü əks olunur. Əgər dəri UVB və UVA şüalarına məruz qalırsa, ən pis halda qırışlara, qocalma ləkələrinə və hətta dəri xərçənginə səbəb ola bilər.Ona görə də günəşdən qoruyucu kremdən istifadə etməlisiniz.