Qiyamçı general yola salındı – Ədliyyə naziri rəsmən təsdiqlədibackend

Qiyamçı general yola salındı – Ədliyyə naziri rəsmən təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onik Qasparyanın Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi vəzifəsindən azad edilməsi ilə bağlı heç bir hadisə olmayıb”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan deyib.

“Heç bir hadisə olmayıb. Onik Qasparyan vəzifəsindən azad edilib, Artak Davtyan müvafiq vəzifəyə təyin olunub”, – deyə Badasyan söyləyib.

O, bu məsələyə yenidən baxılması ehtimalının olmadığını bildirib. Nazir Ermənistan Baş naziri Nikol Paşinyanın müvafiq açıqlama verdiyini vurğulayıb. Badasyan bildirib ki, prezident istəsə də, Onik Qasparyanı azad edildiyi vəzifəsinə qaytara bilməz.

Paşinyan bundan əvvəl Artak Davtyanın baş qərargah rəisi vəzifəsinin icrasına başladığını açıqlayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan onu istefaya çağıran general Qasparyanı vəzifəsindən azad edib.