Qızı Tofiq Yaqublu ilə görüşdübackend

Qızı Tofiq Yaqublu ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi xəstəxanada atası ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Nigar Həzi atasının aclıq aksiyasını davam etdirmək niyyətində olduğunu bildirib: “Durumu sabit ağır olaraq qalır. Bildirdi ki, sistem köçürməyə icazə verməyəcək və aclığı davam etdirəcək”.

N.Həzi həkim Adil Qeybullanın bu gün də Tofiq Yaqublu ilə görüşdüyünü əlavə edib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

 

Qafqazinfo