Qızıl Aypara Qəzzadakı xəstəxanaya hücumda ölənlərin olduğunu bildiribbackend

Qızıl Aypara Qəzzadakı xəstəxanaya hücumda ölənlərin olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında Əl-Qüds xəstəxanasını atəşə tutması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti “X” sosial şəbəkəsindəki nəşrdə məlumat yayıb.

“İşğalçı snayperlərin Əl-Qüds xəstəxanasını hədəfə alması və binadakı köçkünlərə birbaşa atəş açması səbəbindən yaralılardan ikisinin vəziyyəti ağırdır. Bundan əlavə, xəstəxananın qərbində olanlardan bəziləri də qəlpə yaraları alıblar”, – Qızıl Ayparanın açıqlamasında deyilir.

Oktyabrın 20-də İsrail hakimiyyəti Qəzza zolağındakı Əl-Qüds xəstəxanasından insanları təxliyə etməyə çağırıb. Qızıl Ayparanın məlumatına görə, xəstəxanada tibb işçiləri ilə yanaşı, 400-dən çox xəstə və orada sığınacaq tapmış 12 minə yaxın köçkün mülki şəxs var idi.