Qızıl taxanların NƏZƏRİNƏ! – Bu xəstəlikləri…backend

Qızıl taxanların NƏZƏRİNƏ! – Bu xəstəlikləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızıl qadınların vazkeçilməz aksesuarıdır, ancaq qızıl yanlız gözəl görünmək üçün istifadə edilmir. Qızılın insan sağlamlığı üçün bir çox faydaları var. 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ alimləri araşdırma aparıblar.

Qızıl taxmaq stress və narahatlığı azaltmağa kömək edir. Həmçinin bədən hərarətini tənzimləyir. Tədqiqat zamanı müəyyən olub ki, qızıl qədim dövrlərdən bəri müalicəvi məqsədlər üçün istifadə edilib. Qızıl ağrı, yara və xoraları müalicə etmək üçün də faydalıdır.

 Bəzi tədqiqatlar qızılın sakitləşdirici təsirə malik olduğunu və artritlə əlaqəli simptomları azalda biləcəyini göstərir.

Qızılın yaşlanma və qırışlar kimi dəri problemlərinin müalicəsində də inanılmaz faydaları var. Buna görə də, dermatoloqlar dəriyə müsbət təsir göstərdiyi üçün tərkibində qızıl olan dəri müalicə vasitələrinin istifadəsini tövsiyə edirlər. Qızıl dərini gözəl, canlı və elastik edir.