Qızıl Xaç Bakıdakı ermənilərə baş çəkdibackend

Qızıl Xaç Bakıdakı ermənilərə baş çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri diversiya və terrorçuluq fəaliyyətlərinə görə Azərbaycanda saxlanılan erməni silahlılara baş çəkiblər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramının rəhbəri Zara Amatuni məlumat verib.

“Erməni əsirlərlə növbəti görüş dekabr ayında baş tutub”, – deyə Amatuni bildirib.

BQXK nümayəndələri Azərbaycan hakimiyyəti tərəfindən mövcudluğu rəsmən tanınan məhbuslara baş çəkiblər. Məhkumlara əvvəlki kimi bu dəfə də yaxınları ilə əlaqə saxlamaq – məktub göndərmək, telefon və videozənglər vasitəsilə danışmaq imkanı yaradılıb. BQXK nümayəndələri məhbusların sağlamlıq vəziyyətini və onların saxlanma şəraitini də qiymətləndiriblər.

“Ümid edirik ki, artıq formalaşmış təcrübə və dövrülüyə uyğun olaraq səfərlərin mümkünlüyü davam edəcək”, – deyə Amatuni əlavə edib.

Amatuni BQXK nümayəndələrinin mütəmadi olaraq məhbuslara baş çəkməsinin vacibliyini qeyd edərək, təşkilatın qarşıdakı səfərin tarixini əvvəlcədən açıqlamadığını vurğulayıb.