Qızılcaya görə dezinfeksiya mənasızdır – Bir xəstə bütün məktəbi yoluxdura bilərbackend

Qızılcaya görə dezinfeksiya mənasızdır – Bir xəstə bütün məktəbi yoluxdura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qızılcaya görə məktəb və universitetlərdə məhlullarla çiləmə dezinfeksiya işlərinə başlanılıb.
NOCOMMENT Medicina.az-a istinadən xəbər verir ki, qızılcaya qarşı tədbirlər koviddən fərqli olmalıdır. Kovid pandemiyasında da küçə və binaların dezinfeksiyasının elə də əhəmiyyətli təsir etmədiyini gördük.
Qızılca o qədər yoluxucu infeksiyadır ki, hətta bir binada xəstə uşağın olması kifayətdir ki, 90% bina yoluxsun. Bu zaman evin, binanın, hətta əllərin dezinfeksiyası bir işə yaramır.
Qızılcadan maska da qorumur.
Qızılca ilə mübarizənin yeganə yolu karantin və peyvənddir.
Hazırda yoluxma aktiv olduğu üçün peyvəndləmə də risklidir və peyvənd olunan uşaq sağlam olmalıdır.
Ona görə də məktəb, bağça və universitetlərdə xəstəlik riskni həm də orta yaşlı təbəqə daşıyır. Qızılca 30-40 yaş qrupu üçün xüsusilə ağır keçir.
Əgər 20-30 yaşlı şəxs hətta uşaqlıqda peyvənd olunsalar da, qızılcaya yoluxa bilər. Təkrari yoluxma daha yüngül keçə bilər. Lakin kimin bu xəstəliyi necə keçirməsi öncədən proqnozlaşdırıla bilməz.