Qızılın baza dəyəri – Bazarda qiymətlər necə formalaşır?backend

Qızılın baza dəyəri – Bazarda qiymətlər necə formalaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda qızıl zinət əşyalarının qiyməti dünya bazarındakı qızıl uyğun formalaşır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli dnüya bazarlarındakı artan qqızlı qiymətlərinin yerli bazara təsiri haqqında danışarkən deyib.

Ekspertin sözlərinə görə, dünya bazarında elan edilən qiymət 99 əyarlı qızıl külçələr üçün nəzərdə tutulur:

“99 əyarlı qızıl külçənin qiyməti hazırda 60-65 dollardan çoxdur, bu da bizim pulla 100 manatdan bir qədər çox deməkdir. Amma bizim zinət əşyası kimi gördüyümüz qızılın əyarı 583-dü. Bu əyarlı qızılın qiyməti ilə dünya bazarındakı 99 əyarlı qıızlın qiyməti arasında fərq var. Dünya bazarında 583 əyarlı qızılın bir qramının qiyməti 30 manat ətrafında formalaşır. Ona görə də bizdə qızıl bazarında fəaliyyət göstərən şəxslərin qızılın qiymətlərini azaldıb artırmaq kimi bir imkanları olur”.

Akif Nəsirli əlavə edib ki, zinət əşyalarının bazarda qiymətinin formalaşması potensial alıcılarının sayından asılıdır. Bundan əlavə baza qiymətə əlavə olaraq zərgərin yaratdığı dəyər də formalaşır:

“Bu dəyər isə 10-15 manatdan başlayır. Bundan asılı olaraq da qızılın qiyməti dəyişir. Qızıl bazarındakı sahibkarların gəlirləri daha çox olduğundan, bazarda tələbat azalanda öz gəlirlərinin bir hissəsindən keçə bilir, güzəştə gedirlər. Dövriyyə azalanda qızıldan hazırlanan zinət əşyalarının qiymətində müəyyən enmələr müşahidə olunur”.

Dünya bazarında qızılın qiymətinin bahalaşması haqqında da danışan ekspert bildirib ki, adətən kataklizmlər olanda qızılın qiyməti bahalaşır. Ona görə ki, böyük yatırım edən investorlar əmlak bazarından, fondlardan daha çox qızıla inanır, öz yatırımlarını ona edirlər. Dünyada böhran riskləri nə vaxt böyüyürsə, o zaman da qızıla tələbat artır”.