Qızılın qiyməti artacaq? — AÇIQLAMAbackend

Qızılın qiyməti artacaq? — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildən artmağa başlayan qızıl qiymətlərinin il ərzində hər troya üçün 2500 dollar səviyyəsində qalacağı  gözlənilir.

J.P Morgan-a görə, bahalaşma əsasən yüksək inflyasiya, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və geopolitik gərginliklərin artması ilə əlaqələndirilir. 

 

Eyni zamanda, ABŞ-də faiz dərəcələrinin azalacağı gözləntiləri və güclü qlobal iqtisadi qeyri-müəyyənlik qızılın dəyərinə müsbət təsir göstərir.

Bəs,Azərbaycanda qızılın qiymətinin artacağı gözlənilirmi?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qızılın qiyməti dünya birjasına bağlıdır:

“Dünya birjasında qızılın qiyməti artan kimi Azərbaycanda da artır. Bu faizlə deyil, bu birjadakı qiymət dəyişikliyinə bağlıdır. Son bir neçə ayda dünya birjasında qızılın qiyməti 30%-dən çox artıb. Nəticə etibarilə Azərbaycanda da qızılın qiymətində təqribən 25-30% artım müşahidə olunur”.