Qızılın qiyməti rekorda imza atıbbackend

Qızılın qiyməti rekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birjada qızılın qiyməti aprelin 12-də ilk dəfə olaraq bir unsiya üçün 2400 dolları ötərək yeni tarixi maksimuma çatıb.

NOCOMMENT.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Moskva vaxtı ilə saat 9:47-də (Bakı vaxtı ilə saat 10:47-də) Comex birjasında iyun ayı qızıl fyuçerslərinin kotirovkaları 1,63% artaraq 1 unsiya üçün 2 411,3 dollar olub. 2024-cü ilin əvvəlindən metal dünya bazarında təxminən 5% bahalaşıb.

Üstəlik, əvvəlki maksimum cəmi bir neçə gün əvvəl, aprelin 8-də qeydə alınıb. Sonra qızılın qiyməti ilk dəfə olaraq unsiya üçün 2360 dolları keçdi

Analitiklər əmindirlər ki, ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini ilk dəfə endirməsi qiymətli metalın qiymətlərini daha da yüksəldəcək. Onlar izah ediblər ki, Amerika Mərkəzi Bankının pul siyasətini yumşaltması birjada satılan investisiya fondları tərəfindən qızıl alışının yeni dalğasına səbəb olur.