Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyibbackend

Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 150 dolları ötüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,31% artaraq 3 155 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.