Qızın zorla qaçırılması xəbərinə DİN-dən AÇIQLAMAbackend

Qızın zorla qaçırılması xəbərinə DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, qeyd olunan faktla bağlı, cari ilin mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə gələrək qızının qaçırılması barədə ərizə ilə müraciət edib: “Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədilə getdiyini bildirib”.

Qeyd edək ki, yayılan məlumatda qeyd olunmuşdu ki, 17 yaşlı universitetə hazırlaşan qız 2 dəfə evlənib-boşanmış adam tərəfindən qaçırılıb. İddiaya görə, ailəsi nə qədər qızı geri almaq istəsə də ala bilməyib, polisə edilən müraciətlər isə araşdırılmayıb.