Qızını eyvandan atmaqla hədələdi, 9 il yarım həbs edildibackend

Qızını eyvandan atmaqla hədələdi, 9 il yarım həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada məhkəmə 28 yaşlı yerli sakin Pavel Kotelevskini ciddi rejimli koloniyada 9 il yarım müddətinə azadlıqdan məhrum edib . 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru-ya paytaxt prokurorluğu məlumat verib.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30 və 105-ci maddələri ilə təqsirli bilinib. Eyni zamanda, məhkumun özü də günahını etiraf etməyib. O, əvvəllər oğurluqda, dövlət məmuruna qarşı zorakılıqda və onu təhqir etməkdə təqsirli bilinib.

2022-ci il sentyabrın 12-də Kotelevski sərxoş halda bir yaşlı qızını tutub 13-cü mərtəbənin eyvanının məhəccərindən asıb. Bu zaman kişi də qışqıraraq qızı yerə yıxacağı ilə bağlı hədə-qorxu gəlib.