“Qladiator 2” filminin çəkiliş meydançasında partlayışbackend

“Qladiator 2” filminin çəkiliş meydançasında partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeşdə çəkilən “Qladiator 2” filminin altı aktyoru çəkiliş meydançasında baş verən partlayış nəticəsində yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, “The Sun” qəzetinin xəbərinə görə, filmin çəkilişləri zamanı xüsusi effektlərdən istifadə edilən səhnədə partlayış olub.

Yaralanan aktyorların həyati təhlükəsinin olmadığı, nlara tibbi yardım göstərildiyi bildirilib.

Mövzu ilə bağlı “Paramount” şirkəti açıqlama verib: “Qladiator 2” filminin çəkiliş meydançasında kaskadyor səhnəsi çəkilərkən qəza baş verdi və bir neçə ekipaj üzvü həyati təhlükəsi olmayan xəsarətlər alıb”.

NOCOMMENT.AZ