Qlobal ərzaq böhranı – BMT-dən HƏYƏCANbackend

Qlobal ərzaq böhranı – BMT-dən HƏYƏCAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının baş katibi dünyadakı iqlim böhranı və artan münaqişələr fonunda həyəcan təbili çalıb.

NOCOMMENT.az xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında çıxış edən Quterreş qlobal ərzaq böhranın hər keçən gün daha da artdığına diqqət çəkib.

Qeyd edib ki, 2023-cü il Qida Böhranları üzrə Qlobal Hesabata əsasən, dünyada ərzaq təhlükəsizliyi və aclığın əsas amilləri münaqişə və iqlim dəyişikliyidir.

Baş katib bildirib ki, iqlim dəyişikliyi üçün ən çox risk altında olan 14 ölkənin hamısı münaqişədən əziyyət çəkir.