Qlobal siyasətdə cənab İlham Əliyev kimi məharətli diplomata ehtiyac varbackend

Qlobal siyasətdə cənab İlham Əliyev kimi məharətli diplomata ehtiyac var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi nəinki Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hesabat və proqram xarakterli bir müsahibə idi, çıxış bütövlükdə regional və dünya siyasətinə ümumi bir baxış, düzgün dəyərləndirmə kimi də başa düşülməlidir.

Bu sözləri NOCOMMENT.aza açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Bu baxımdan dövlət başçımız haqlı olaraq bildirir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bununla yanaşı qloballaşma fenomeni, beynəlxalq sistemin unitar milli dövlətlərin hegemonluğundan çıxması da çoxmillətli şirkətləri, korporasiyaları, beynəlxalq və regional təşkilatları dünya sistemində daha qabarıq formada üzə çıxartdı.

Dünyada baş verən münaqişələr, müharibələr, iqtisadi və siyasi krizislərdə effektiv olmağı bacarmayan beynəlxalq təşkilatlar və onların qeyri-işlək mexanizmi bir növ regional təşkilatlara da tələbatı artırır. Bu gün D-8-in hədəfi daha da güclənmək, dünya siyasi arenasında həlledici söz sahibinə çevrilməkdir. Sözügedən təşkilatın güclənməsi müsəlman aləminin vahid mərkəzli xarici siyasət addımlarının praqmatik olaraq irəliləməsinə imkan yaradacaq. D-8 həm də qeyri-Qərb əsaslı beynəlxalq təşkilatların nümunəsidir.

Bu siyasi struktur heç bir xüsusi siyasi hökmranlığı olmayan, daha çox inkişaf etməkdə olan ölkələri əhatə edən, sülh və ədalətə üstünlük verən İstanbul mərkəzli bir təşkilatdır. Türk və müsəlman dünyasında Türkiyənin artan gücünü və Azərbaycanla münasibətlərini nəzərə alsaq, bu təsisata üzvlüyümüz böyük uğurlar vəd edir. Dövlət başçımızın tapşırığına əsasən təşkilat çərçivəsində maksimum fəal iş aparılmalıdır. Təşkilatın Azərbaycana və ya qarşılıqlı olaraq Azərbaycanın təşkilata verə biləcəkləri də mühümdür. Belə ki, coğrafi ərazi, əsas prinsip və məqsədləri baxımından qlobal struktur olan, əhali, iqtisadi potensial, geosiyasi yerləşmə kimi parametrləri böyük üstünlük verən təşkilat həm də özünün beynəlxalq siyasi əlaqələr ölçüsündə yerini möhkəmləndirməyi hədəfləyir.

Deməli, üstünlükləri təcrübəyə cəlb etmək üçün qarşılıqlı olaraq doğru ünvan seçilib. Bir digər məsələ də odur ki, artıq Azərbaycan qlobal siyasətdədir. Qarabağda məscidlərimizi təhqir etməklə müsəlman aləminə sataşanlara qarşı mübarizədə dünya müsəlmanlarını biganə qalmamağa, səslərini uca səslə bildirməyə çağıran dövlət başçımız həm də onu bir daha qeyd edir ki, avtomatik əsasda hansısa bir strukturda rəhbər vəzifəyə seçimdə müsəlman ölkəsinin nümayəndəsi varsa biz ona səs veririk. Azərbaycan artıq islamafob meyillərin qarşısını almaqda əsas lokomotivlərdən biridir, müsəlman ölkəsi olaraq müsəlman ölkələrinin maraqlarını müdafiə edir.

Azərbaycan Prezidenti İlham Əliyev

Yəni, cənab Prezident İlham Əliyev xarici siyasətin arealını genişləndirib. Dünya liderləri də aydın görürlər ki, qlobal siyasətdə cənab İlham Əliyev kimi məharətli bir diplomata böyük ehtiyac var. Düşünürəm ki, D-8-ə konsensus əsasında illər boyu davam edən üzvlük məsələmiz də yaxşı mənada tələb-təklif prinsipi üzərindən dəyərləndirildi.

Elnur Quliyev