QMİ 2023-cü il üçün Həcc müqaviləsi imzaladıbackend

QMİ 2023-cü il üçün Həcc müqaviləsi imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.

NOCOMMENT xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.