QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb – Rəsmibackend

QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduqdan sonra ziyarət üçün ödəniş edənlərin xeyli hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

Qafqaz Müsəlmanları İdarəsindən NOCOMMENT-ə verilən məlumata görə, ödəniş edən şəxslərin böyük əksəriyyəti artıq öz vəsaitlərini geri götürüblər. Təqribən 10 nəfərə yaxın qalıb ki, onlar da ödənişlərini bu günlərdə alacaqlar.

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlmişdi. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilmişdi.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.