KoronaVirus İnformasiya Portalı
Qobuda narkotacirlər tutuldu – FOTObackend

Qobuda narkotacirlər tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobuda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər yaxalanıb.

NOCOMMENT.az xəbər verir ki, DİN mətbuat xidmətinin yaydığı məlumata görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Abşeron rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qobu qəsəbə sakini Muxtar Qəribov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 11 qram tiryək, yaşadığı mənzildən isə 45 qram tiryək, 244 qram həşiş qətranı, 254 qram marixuana və bir qram heroin aşkar edilib.

Qeyd olunur ki, Baş İdarə əməkdaşları tərəfindən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı isə Abşeron rayonu Qobu qəsəbəsi sakini Əlihüseyn Hüseynov tutulub.

Onun üzərindən şəxsi axtarış aparılan zaman altı qram heroin tapılıb. Əlihüseyn Hüseynovun yaşadığı mənzildən əlavə bir kiloqram heroin, 680 qram metanmfetamin və 280 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Sonuncu əməliyyat nəticəsində üç kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxslərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.